Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Cahangir Babayev 2-ci Avropa oyunlarında

A+ a-
29 Dekabr 2018 14:49

     Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq. 

     Bu barədə Avropa Karate Federasiyası qərar verib. 2-ci Avropa oyunlarını idarə edən 22 hakimdən 20 nəfəri seçim əsasında təyin olunub.

     Bu mötəbər yarışın karate turniri 29-30 iyun tarixlərində keçiriləcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov