Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Federasiyanın Sumqayıt şəhər nümayəndəsi fəxri fərmanla təltif olundu

A+ a-
29 Dekabr 2018 13:07

     Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt şəhərü üzrə rəsmi nümayəndəsi Akif Kərimov ictimai və idman sahəsində uğurlu fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.

     Tanınmış karate mütəxəssisinə bu mötəbər mükafatı Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim edib. Şəhərin ən ali orqanı tərəfindən fəxri fərmana, Sumqayıtın ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən mütəxəssis və sakinlər layiq görülür. 

     Tədbirdə həmçinin Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, tanınmış ictimayət nümayəndələri iştirak ediblər.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov