Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Qara Qaplan" klubu ilin yekunları ilə bağlı yığıncaq keçirib

A+ a-
27 Dekabr 2018 12:06

     Azərbaycanın ən titullu karate klubu “Qara Qaplan” 2018-ci ilin uğurlu yekunları ilə bağlı tədbir keçirib. Milli komandaların heyətinin əksəriyyətini təşkil edən “Qara Qaplan” klubu idmançılarının bu il də böyük zəfərlər əldə etdiyini diqqətə çatdıran klub prezidenti Yaşar Bəşirov, məşqçilər Şahin və Seymur Xudaverdiyevlər, Cahangir Babayev və Rəşad Rəştiyev, istər ölkədaxili yarışlarda, istərsə də rəsmi və digər səviyyəli beynəlxalq turnirlərdə qazanılan nəticənin ənənə halı aldığını söyləyiblər.

     Çıxış edənlər, klubun yetirmələrindən bu ilki nəticələrə görə yeniyetmələr arasında Avropa çempionları Tale Yaqubov(-63 kq), Polina Qurenko (-47), Avropa ikincisi Mədinə Sadıqova (-48 kq), böyüklər arasında Dünya və Avropa çempionu və Premyer Liqa turnirlərinn mükafatçısı İrina Zaretska (-68 kq), Avropa ikincisi, Premyer Liqa turnirinin mükafatçısı və klubun kapitanı Şahin Atamov (+84 kq), Avropa üçüncüsü və Premyer Liqa turnirinin mükafatçısı Nuranə Əliyeva (-50 kq), eləcə də Premyer Liqa turnirinin bürünc mükafatçısı Ayxan Mamayev (-84 kq) kimi dünyada tanınmış idmançıların olmasından fəxr duyduqlarını bildiriblər. 

     Rəsmilər, qadınlar milli komandasının əsas üzvlərindən olan gənclər arasında Avropa üçüncüsü, böyüklərin komanda yarışlarında Avropa çempionu, 4-cü İslam Həmrəyliyi oyunlarının gümüş mükafatçısı, 3-cü dan qara kəmər sahibi və idman ustası İlahə Qasımovaya ölkə rəhbəri və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənabları tərəfindən mənzil hədiyyə edilməsini, həmçinin klubun gördüyü işlərə verilən dəyər kimi də qiymətləndiriblər.

     Çıxışlarda il ərzində klubun müxtəlif ərazilərdə yeni bölmələrinin açıldığı bildirilib. Çexiyanın Libereç şəhərinin karateçilərinin “Qara Qaplan”-ın təcrübəsindən yararlanmaq üçün Bakıda 10 günlük səfərə gəlmələri və yenidən bu istəkdə olmaları klubun digər uğuru kimi dəyərləndirilib. Qarşıdakı hədəflərə gəlincə isə Tokio 2020 Olimpiadasının fəxri kürsüsünə qalxaraq Azərbaycan idmanınıı hər zaman olduğu kimi yüksək səviyyədə təmsil etməkdir. Bunun üçün olmpiada qabağı son hazırlıq ilində daha səylə çalışmağın vacibliyi nəzərə çatdırılıb.

     Kumite üzrə kişilərdən ibarət milli komandanın yeni baş məşqçisi Bahəddin Kandaz ilin yekunları ilə bağlı klub tədbirinin qonağı olub.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov