Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ənənəvi Açıq “Zirvə Kuboku” yarışı keçirilib

A+ a-
18 Dekabr 2018 12:37

     Dekabrın 16-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında karate üzrə Ənənəvi Açıq “Zirvə Kuboku” keçirilib. Yarışda respublikanın ayrı-ayrı bölgələrindən 15 klubu təmsil edən 200-dən artıq idmançı iştirak edib. 

     Açılış mərasimində Dövlət Himni səsləndirildikdən sonra “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək son illərdə karate idmanının inkişafından danışaraq, idmançılara uğurlar arzulayıblar. yekun nəticəyə əsasən “Qara Qaplan” komanda hesabında 1-ci yeri, “Zirvə” klubu ikinci, “Gəncə” karateçiləri isə 3-cü pilləni tutublar. 

     Federasiyanın internet səhifəsinə müsahibəsində turnirin təşkilatçısı, “Zirvə” İdman Klubunun karate üzrə baş məşqçisi Rüstəm Əkbərov və yarışın baş hakimi Cahangir Babayev məlumat veriblər. Həmçinin T.Heydərov və Y.Bəşirov yarışa aid fikirlərini bildirərək, gələcək birgə əməkdaşlıqdan danışıblar. Müsahibələri təqdim edirik.  

 Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov