Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçi İlahə Qasımovaya mənzil hədiyyə edilib

A+ a-
13 Dekabr 2018 16:37

     Dekabrın 13-də Milli Olimpiya Komitəsində (MOK) 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ənənəvi mərasimdə fərqlənən idmançılara mükafatlar tədim edib. 

     Azərbaycan milli komandasının əsas üzvlərindən olan gənclər arasında Avropa üçüncüsü, böyüklərin komanda yarışlarında Avropa çempionu, 4-cü İslam Həmrəyliyi oyunlarının gümüş mükafatçısı, 3-cü dan qara kəmər sahibi və idman ustası İlahə Qasımova (şəxsi məşqçisi Cahangir Babayev) ölkə rəhbəri tərəfindən mənzillə mükafatlandırılıb.

     Ondan başqa 2018-ci ildə gənclər arasında avropa çempionları Hümmət Baxşəliyev (şəxsi məşqçisi Vüqar Kərimov), Tale Yaqubov (şəxsi məşqçisi Cahangir Babayev), Polina Qurenko (şəxsi məşqçisi Yaşar Bəşirov), gümüş mükafatçı Mədinə Sadıqova (şəxsi məşqçisi Seymur Xudaverdiyev), həmçinin böyüklərin avropa üçüncüsü Roman Heydərov (şəxsi məşqçisi Vüqar Kərimov), avropa ikincisi Şahin Atamov (şəxsi məşqçisi Şahin Xudaverdiyev), avropa ikincisi və dünya çempionu İrina Zaretska (şəxsi məşqçisi Yaşar Bəşirov), avropa çempionu və dünya üçüncüsü Rafael Ağayev (şəxsi məşqçisi Fizuli Musayev) avropa üçüncüsü Nuranə Əliyeva (şəxsi məşqçisi Şahin Xudaverdiyev), para=karate üzrə dünya ikincisi Sahib Əhədov (şəxsi məşqçi Gündüz Mahmudov) və onların şəxsi məşqçiləri nəticəyə uyğun olaraq pul mükafatı ilə mükafatlandırılıb. Yeniyetmə və gənclərin, eləcə də qadınların baş məşqçisi Anar Allahverdiyev, kişilərin baş məşqçisi Şahin Xudaverdiyev və kata üzrə baş məşqçi Vahid Ayvazova yetirmələrinin nəticələrə əsasən pul mükafatı verilib.    

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, milli komandanın üzvləri və federasiya kollektivi hər zaman idmanda böyük nəticələr əldə edən karateçiləri dəstəkləyən və uğurlarını yüksək qiymətləndirdirən, eləcə də idmançıların sosial qayğılarının həllinə həssas yanaşan ölkə rəhbəri və MOK prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirir, onlara göstərilən etimadı hər zaman uca tutacaqlarını ifadə edirlər.