Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş növbəti turnir keçiriləcək

A+ a-
12 Dekabr 2018 20:58

     18-20 yanvar 2019-cu il tarixlərində Bakı İdman Sarayında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş növbəti "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək.

     Uşaqlar, Yeniyetmələr və Gənclər arasında klublar arası açıq turniri Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubu təşkil edir. Yarışın açılış mərasimi 19 yanvar, saat 17:00-da olacaq.

     Turnirin ilk günü bütün yaş qruplarında fərdi kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, son gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin müxtəlif çəkilərdə kumite görüşləri keçiriləcək. Qalib və mükafatçılar AMKF-in təsis etdiyi diplom, kubok və medallarla təltif ediləcək. 

     Şəhidlərin xatirsənə həsr olunmuş beynəlxalq turnirlə bağlı daha ətraflı məlumatı buradan endirib tanış ola bilərsiniz. Yarışda ilk dəfə tətbiq olunmuş internetlə birbaşa qeydiyyat qaydalarına aşağıda göstərilən video izahda baxa bilərsiniz. Turnirin qeydiyyatı 10-17 yanvar tarixlərində nəzərdə tutulub.       

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov