Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan çempionatı keçiriləcək

A+ a-
15 Noyabr 2018 08:27

     23-25 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclərin 19-cu, Böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.

     Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimi 24 noyabr saat 17:00-da başlanacaq. Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcək. 

     Kata və kumite üzrə yarışların şərtləri və proqramı ilə tanış olmaq üçün əsasnaməni buradan yükləyə bilərsiniz.