Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komanda bürünc medal şansını əldən verdi

A+ a-
11 Noyabr 2018 12:17

     6-11 noyabr tarixləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatında son yarış günü keçirildi.

     Bu gün milli komandamız bürünc medal uğrunda həlledici mübarizəyə qatıldı. Rəqib dünya çempionatının favoritlərindən sayılan Yaponiya komandası idi. 

     Baş məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi heyət Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Pənah Abdullayev və Rafiz Həsənovdan ibarət oldu.

     9 noyabrda komanda yarışlarında karateçilərimizin ilkin mərhələ nəticələri aşağadakı kimi olub. 

 

AZE - İspaniya 3:1

A.Qurbanlı 8:1

T.Həsənov 0:0

R.Həsənov 5:2

P.Abdullayev 1:3

Ş.Atamov 5:3

 

AZE - Belarus 2:1

A.Qurbanlı 4:6

M.Hacızadə 0:0

R.Həsənov 1:1

R.Ağayev 4:1

Ş.Atamov 0:0

 

AZE - Misir 3:1

A.Qurbanlı 2:0

R.Həsənov 3:0

P.Abdullayev 1:3

R.Ağayev 1:0

 

Yarımfinal 

 

AZE - Türkiyə 2:2 (7:14)

R.Həsənov 0:0

A.Qurbanlı 0:2

P.Abdullayev 5:2

Ş.Atamov 0:8

R.Ağayev 2:2

 

    Olimpadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda, 140 ölkədən 1147 idmançı, para-karateçilərin yarışında isə 33 ölkədən 100 iştirak mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edir. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb. 

     Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibliyi idmançılarımızın çıxışlarından nəticələri yarışın keçirildiyi "Wizink Center" zalından birbaşa təqdim edir. 

 

Kumite komandaları

Bürünc medal uğrunda görüş

 

AZE - Yaponiya  (ANDO, ARAGA, KAGAWA, MORI, NISHIMURA, SAKIYAMA, SHIMADA)  2:2 (12:16)

Asiman Qurbanlı - 8:7

Rafael Ağayev - 0:0

Pənah Abdulayev - 1:3

Rafiz Həsənov 0:5

Şahin Atamov - 3:1 

 

     5 görüşün nəticəsinə əsasən Yaponiya komandası 4 xal fərqi ilə 3-cü pilləyə çıxdı. Milli komandamız keçirdiyi beş qarşılaşmadan üçünü inamlı qələbə ilə, ikisini isə xal fərqi ilə məğlub oldu. 

 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Madrid