Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya çempionatında həlledici görüşlər başlanır

A+ a-
10 Noyabr 2018 12:34

    6-11 noyabr tarixləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatında 5-ci yarış günü keçirilir. Bu gün fərdi yarışların bürünc medal və qızıl mükafatları uğrunda həlledici görüşlər keçiriləcək.

     İrina Zaretska (-68 kq) böyüklər arasında, Sahib Əhədov isə para-karateçilərin yarışında ilk qızıl medalını qazanmaq üçün, eləcə də Rafael Ağayev (-75 kq) medal kolleksiyasında çatışmayan dünya çempionatının bürünc mükafatı uğrunda tatamiyə çıxacaq. 

     Olimpadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda, 140 ölkədən 1147 idmançı, para-karateçilərin yarışında isə 33 ölkədən 100 iştirak mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edir. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb. 

     Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibliyi idmançılarımızın çıxışlarından nəticələri yarışın keçirildiyi "Wizink Center" zalından birbaşa təqdim edir. 

 

Kumite

Final

 

-68 kq

İrina Zaretska - Viktoriya İsaeva (Rusiya) 1:1

 

İrina Zaretska karyerasında ilk dəfə böyüklər arasında dünya çempionu oldu. 

 

 

 

Bürünc medal görüşü

 

-75 kq

 

Rafael Ağayev - Dastonbek Otobolaev (Özbəkistan) 2:1

R.Ağayev tarixində ilk dəfə dünya çempionatının bürünc medalını qazandı. 

 

 

 

Para-karate

Final

 

Sahib Əhədov - Yasuşi Oba (Yaponiya) 43.7 - 44.6 

Sahib Əhədov para-karate yarışlarında  gümüş medal qazandı. 

 

 

Nəticələr yenilənir...

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Madrid