Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya çempionatında komanda yarışları keçirilir

A+ a-
09 Noyabr 2018 11:42

     6-11 noyabr tarixləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatında 4-cü yarış günü keçirilir. Bu gün kişilərdən ibarət heyət komandaların kumite turnirində mübarizə aparır.

     Azərbaycan karateçiləri fərdi yarışların ilkin mərhələsini iki final və bürünc medal uğrunda görüşə yüksəlməklə başa vurdular. İrina Zaretska (-68 kq) böyüklər arasında, Sahib Əhədov isə para-karateçilərin yarışında ilk qızıl medalını qazanmaq üçün, eləcə də Rafael Ağayev (-75 kq) medal kolleksiyasında çatışmayan dünya çempionatının bürünc mükafatı uğrunda tatamiyə çıxacaq. Bu görüşlər 10 noyabrda keçiriləcək.

     Olimpadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı, para-karateçilərin yarışında isə 33 ölkədən 100 iştirak mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edir. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb. 

     Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibliyi idmançılarımızın çıxışlarından nəticələri yarışın keçirildiyi "Wizink Center" zalından birbaşa təqdim edir. 

 

Kumite komandaları

 

Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə, Pənah Abdullayev, Turqut Həsənov və Rafiz Həsənov - AZE

 

AZE - İspaniya 3:1

A.Qurbanlı 8:1

T.Həsənov 0:0

R.Həsənov 5:2

P.Abdullayev 1:3

Ş.Atamov 5:3

 

AZE - Belarus 2:1

A.Qurbanlı 4:6

M.Hacızadə 0:0

R.Həsənov 1:1

R.Ağayev 4:1

Ş.Atamov 0:0

 

AZE - Misir 3:1

A.Qurbanlı 2:0

R.Həsənov 3:0

P.Abdullayev 1:3

R.Ağayev 1:0

 

Yarımfinal 

 

AZE - Türkiyə 2:2 (7:14)

R.Həsənov 0:0

A.Qurbanlı 0:2

P.Abdullayev 5:2

Ş.Atamov 0:8

R.Ağayev 2:2

 

 

11 noyabr, bürünc medal uğrunda görüş 

 

AZE - Yaponiya

 

 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Madrid