Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmələr Olimpiya təsnifat turnirində

A+ a-
27 Iyun 2018 23:03

Yeniyetmələrdən ibarət seçmə komandanın bir sıra üzvü Olimpiya təsnifat turnirinə yollanıb. 
     Milli komandanın məşqçiləri Anar Allahverdiyev, Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (- 68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq) və Səma İmanzadə (-59 kq) yer alıb. Olimpiadaya real namizədlərdən sayılan Polina Qurenko (-59 kq) mayda Sofiyada ilk gənclər liqası turnirinin finalında dizindən ciddi zədə aldığından onun əməliyyat olunması qaçılmaz olub. Bu səbəbdən ukraynalı legioner lisenziya turnirindən kənar qalıb.
     29-30 iyun tarixlərində təsnifat turnirinin finalçıları, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanacaq. Məsul yarışda 84 ölkədən 325 idmançı mübarizə aparacaq. 
     Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edənlər arasında olacaq. Milli komandanın heyəti səfərə federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yollanılb. İdmançılar 1 iyul tarixində vətənə dönəcək. 
 
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Umaq, Xorvatiya.