Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xatirə turniri keçirilib

A+ a-
25 Iyun 2018 15:04

     21-23 iyun tarixlərində “Qara dəniz və Xəzəryanı” ölkələr arasında Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda beşdən artıq ölkədən altmışadək klubu təmsil edən idmançılar mübarizə aparıb.

   “Sərhədçi” İdman Olimpiya Mərkəzində təntənəli açılış mərasimində Milli qəhrəman Albert Aqarunovun döyüş yoldaşları və İsraildən dəvət olunmuş qonaqlar, eləcə də karate veteranları və fəxri qonaqlar iştirak edib.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirlərin uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsinə xüsusi təsiri olduğunu qeyd edib. A.Aqarunovun komandiri olmuş Hacı Əzimov döyüş yoldaşları adından xatirə turnirinin keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev yəhudi əsilli Albert Aqarunova göstərilən diqqət və hörmətin timsalında minnətdarlığını ifadə edərək, bu amilin Azərbaycanda yüksək tolerantlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

     Rəsmi çıxışların ardından qonaqlara fəxri diplomlar təqdim olunub və tədbir bədii hissə ilə davam edib. Səbail Tank Taboru və Azərbaycan Dağ Yəhudiləri dini icmasının təşəbbüsü ilə ikinci dəfə təşkil edilən yarışda beş yaşdan böyüklərədək 600-dən artıq karateçi mübarizə aparıb. Turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunub.

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov