Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ramazan bayramınız mübarək!

A+ a-
15 Iyun 2018 13:28

     Bu gün Azərbaycanda Ramazan bayramıdır.

     Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 17-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyunun 15-ə təsadüf edir.

     Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır. Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.


     Azərbaycan Milli Karate Federasiyasının kollektivi bütün dünyada, o cümlədən Azərbaycanda yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edir!