Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Gürcüstandan medallarla döndü

A+ a-
05 Iyun 2018 23:37

     Azərbaycan karateçiləri Tbilisidə növbəti "Georgian Open" beynəlxalq turnirində yüksək nəticə göstəriblər.
     Yarışda Bakı, Sumqayıt, Gəncə, Quba, Qazax, Zəngilan və digər regionları təmsil edən klubların tərkibində yüzdən artıq müxtəlif yaşlı idmançı tatamiyə çıxıb. 6 yaşdan veteranlaradək yaş qrupları üzrə turnirdə daha yaxşı nəticəni aşağı yaşlı karateçilərimiz göstərib. Bir sıra milli dərəcəli hakimimiz isə yarışı idarə edənlər arasında olub.
     Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov açılış və mükafatlandırma mərasimində iştirak edib. 
 
     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov