Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ülvi Quliyevə növbəti məsul vəzifə həvalə olundu

A+ a-
01 Iyun 2018 22:27

     Millət vəkili Ülvi Quliyev Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri seçilib. Buna qədər Ü.Quliyev 2015-ci ildə yaradılan Gənclər və İdman Komitəsinin sədr müavini olub.

     O 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü),  2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü) , 2015-ci ildə  15 saylı Yasamal 1-ci seçki dairəsindən parlamentə seçilib.

     Millət vəkilinin  Gənclər və İdman Komitəsinə sədr təyin edilməyi təsadüfi deyil. Belə ki, Ülvi Quliyevin  parlamentlə yanaşı, böyük idman təcrübəsi də var. O, 1992-1997-ci illərdə Azərbaycan Karate-do Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. Həmçinin 1997-ci ildən bu günə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Şərq Döyüş Növləri Federasiyaları Şurasının sədridir. Karate idman növü üzrə 7-ci  dan qara kəmər sahibidir.

     Ülvi Quliyev eyni zamanda Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi və Əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionu olan Ü.Quliyevin idmançıların yetişməsində, ölkəmizin karate növü ilə dünyada tanınmasında əməyi var. Onun tələbələri arasında dünya və avropa çempionları, müxtəlif nüfuzlu yarışların qalib və mükafatçıları var.  Bundan əlavə Ülvi Quliyev karateçilərin sosial və məişət, həmçinin digər problemlərinin aradan qaldırılmasında lazımi dəstək göstərir.

     Azərbaycan Milli Karate Federasiyasının kollektivi bu məsul təyinat münasibətilə Ülvi Quliyevi təbrik edir, ona yeni uğurlar arzulayır.