Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Gənclər ilk liqa turnirində

A+ a-
24 May 2018 14:45

     Karateçilər Bolqarıstanın paytaxtı Sofiyada nüfuzlu turnirə yollanıb.

     Milli komandanın üzvləri Dünya Karate Federasiyasının (WKF) Gənclər arasında ilk liqa turnirində iştirak edəcək. 24-28 may tarixlərində bu yarış həm də oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

     Gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, eləcə də kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaq.

     Elmir  və Elnur Aşurov qardaşlarından (müvafiq olaraq -55 kq və -61 kq çəki dərəclərində) başqa Xəqan Həsənov (-55 kq), Tural Yaqubov (-68 kq), Məhəmməd Məmmədov və Bəxtiyar Rzayev (hər ikisi -68 kq), Amil Bünyadzadə və Musa Sarıyev (ikisi də +76 kq), həmçinin Mədinə Sadıqova (-48 kq) və Polina Hurenko (-53 kq) olimpiya lisenziya xalları uğrunda mübarizə aparacaq.

     Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov