Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Gənclər və İdman nazirliyində görüş

A+ a-
16 May 2018 21:33

     Serbiyada Avropa çempionatından uğurlu nəticə ilə dönən karateçilərlə Gənclər və İdman naziriyində görüş və mətbuat konfransı keçirilib. 

     Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılması münasibətilə federasiya kollektivini təbrik edib, idmançılara uğurlar arzulayıb. 

     Federasiya prezidenti Yaşar Bəşirov Avropa çempionatınında qazanılan medalların ulu öndər Heydər Əlyevin anadan olmasının 95 illik yubileyinə həsr edildiyini bildirib. O, nüfuzlu yarışda iştirakda dəstəyə görə Gənclər və İdman nazriliyi, eləcə də Smart Scoring şirkətinə minnətdarlığını ifadə edib.

     Kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev (kumite) və Vahid Ayvazov (kata) yarışda daha yüksək nəticəyə nail olmağın mümkünlüyünü, lakin müəyyən səbəblərdən 5 medalla kifayətlənməli olduqlarını söyləyib. 

     On bir qat avropa çempionu rekordçusu Rafael Ağayev (-75 kq), Şahin Atamov (+84 kq, gümüş medal), Roman Heydərov (kata, bürünc medal) və Nuranə Əlieva (-50 kq, bürünc medal) qazanılan nəticələrdə əməyi keçən şəxslərə təşəkkürlərini çatdıraraq, növbəti məsul yarışlardan uğurla qayıtmağı hədəflədiyini deyiblər. Sonda jurnalistlərin sualları cavablandırılıb. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrmov