Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dubay Premyer liqası - 1 qızıl və 2 bürünc medal

A+ a-
18 Fevral 2018 13:15

     Milli komandanın yeni baş məşqçisi Şahin Xudaverdiyevin və qadınların böyük məşqçisi Anar Allahvediyevin debütü uğurlu olub. Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərində nüfuzlu “Dubay Open” Karate1 Premyer Liqa turnirində bir qızıl və iki bürünc medal qazanıb.

     Yanvarın son günləri Parisdəki analoji yarışda ikinci olan Rafael Ağayev (-75 kq, şəxsi məşqçisi Fizuli Musayev) bu dəfə çempion olub. Ayxan Mamayevlə (-84 kq) Nuranə Əliyeva (-50 kq, hər ikisinin şəxsi məşqçisi Şahin Xudaverdiyev) isə yarışı üçüncü pillədə başa vurub.

     Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdə ibarət kata komandası bürünc medal uğrunda yerli idmançılarla həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatı əldən verməli olub. Roman Heydərov (kata), Şahin Atamov və Asiman Qurbanlı (ikisi də +84 kq) qərəzli hakim qərarlarının qurbanı olub. Pənah Abdullayev (-84 kq) təsəlliverici görüşlərə qatılsa da mübarizəni sonadək davam etdirə bilməyib. Mərhələ adlayan karateçilərimiz dünya reytinq xallarını artırıblar.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov fəxri qonaq kimi idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirova həmçinin təşkilatçılar tərəfindən qiymətli hədiyyə təqdim olunub.

     Dubayda mövsümün ikinci Premyer Liqa turnirində 74 ölkədən 626 karateçi iştirak edib. WKF-in növbəti yüksək səviyyəli Karate1 Premyer Liqa turniri martln ortalarında Hollandiyada olacaq.