Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər A seriya turnirinə yola düşür

A+ a-
28 Fevral 2018 13:56

Milli komandanın əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seria A turunirində iştirak edəcək. Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.

Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də -67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.    

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.