Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Təlimatçılarımız Rusiyada daha bir seminar keçiriblər

A+ a-
11 Yanvar 2018 16:00

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) üzvü Azərbaycan Ninjutsu Qlobal “Mixed Martial Arts” Fəlsəfi Akademiyasının vitse-prezidenti, əməkdar məşqçi Rafael Məmmədov Rusiyanın  Tolyatti şəhərində texniki seminar keçirib. Volqaboyu Döyüş Sənəti Akademiyasının dəvəti ilə 2 gün təşkil edilən seminarda 100-dək yeniyetmə və gənc karateçilər iştirak edib.

 

     Seminardan sonra Beynəlxalq Döyüş Sənəti Konfederasiyasının prezidenti (İMAC) Yuri Xamenko AMKF-in prezidenti Yaşar Bəşirovu və R.Məmmədovu karatenin dünyada inkişafına göstərdiyi dəstəyə və əldə edilən nəaliyyətlərə görə təşkilatın fəxri medalı ilə təltif edib, təcrübəni bölüşdüyü üçün minnətdarlığını bildirib. Y.V. Xamenko azərbaycanlı karate mütəxəssisinin seminarını yüksək qiymətləndirib və qeyd edib ki, bu tədbir onun yetirmələrinin təcrübəsinin artmasında böyük rol oynadı. 

     AMKF-in təlimatçıları və tanınmış idmançıları karatenin zəif inkişaf etdiyi ölkələrdə və regionlarda mütəmadi olaraq seminarlar keçirməklə uzun illər ərzində əldə edilən təcrübəni yaymaqda davam edirlər.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov