Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər 2018-ci ilin ilk turnirinə yollanır

A+ a-
10 Yanvar 2018 11:08

     Azərbaycan karateçiləri ilin ilk beynəlxalq turnirinə yollanır.

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12-14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. 14-15 yaşlı yeniyetmələr, 16-18 və 18-20 yaşlı gənclərin məşqçiləri, əməkdar məşqçilər Anar Allahverdiyev və Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək.

     Yeniyetmələrdən Fərid Ağayev (-52 kq), Əminağa Əliyev (-57 kq), Tale Yaqubov (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), Fidan Həmidova (-54 kq) və Ayla Rzazadə (+54 kq) tatamiyə çıxacaq. 16-17 yaşlı gənclər arasında Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Əli Quliyev və Murad Orucov (hər iksi -76 kq), Babək Qələmzadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq), 18-20 yaşlı gənclərdə isə Elcan Məmmədrzayev (-60 kq), Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) mübarizə aparacaq.

     Kata üzrə seçmə komandaların baş məşqçisi Vahid Ayvazov və onun köməkçisi Vüqar Kərimov Xorvatiya Qran Prisində yeniyetmələrdən Həsən Həsənli və Zəhra Qurbanzadəyə, 16-17 yaşlı gənclərdən isə Ceyhun İsmayılova etimad göstərib. Bu heyətdən əlavə kata üzrə məşqçi Anar Əhmədov, beynəlxalq hakim Cahangir Babayev və milli dərəcəli hakim Namiq Pirverdiyev də yarışa yola düşürlər. Bu mötəbər turnir, fevralın ilk günlərində Rusiyanın Soçi şəhərində Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov.