Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Sumqayıt idmançıları 2017-ci ilə yekun vurdular

A+ a-
29 Dekabr 2017 14:21

     2017-ci ilin yekunu ilə bağlı Sumqayıt karateçilərinin iştirakı ilə tədbir keçirilib. Azərbaycan Milli Karate Federasiyası Sumqayıt şəhər şöbəsinin sədri Akif Kərimov çıxış edərək il ərzində şəhər idmançılarının qazandığı nəaliyyətlər barədə, keçirilən tədbirlər haqqında məlumat verib. 

     Tədbirdə iştirak edən federasiya prezidenti Yaşar Bəşirov Sumqayıt karateçilərinin ölkədaxili və xarici turnirlərdə göstərdiyi nəticələri, regionda karatenin inkişafı və təbliğini yüksək qiymətləndirib. Regionlarla bağlı konkret tədbirlər planlarının olduğunu qeyd edən Y.Bəşirov, növbəti ildən işlərin daha da fəallaşacağını bildirib. 

    Tədbirin sonunda fərqlənən idmançı və məşqçilərə fəxri diplomlar təqdim olunub.