Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Qara-Qaplan" klubunun 25 illik yubileyi qeyd edilib.

A+ a-
25 Dekabr 2017 14:25

     Azərbaycan Milli Karate Federasiyası (AMKF) ilk peşəkar karate klubu olan "Qara-Qaplan"-ın 25 illik yubileyini qeyd edib.

     Yubiley tədbirində klubun yetirmələri - rəhbərlik, veteranlar, idmançılar, məşqçilər, milli və beynəlxalq hakimlər, eləcə də fəxri qonaqlar iştiak ediblər. AMKF-in və "Qara-Qaplan" klubunun prezidenti Yaşar Bəşirov ötən 25 illik dövrdə  əldə edilən uğurlardan, yetirmələrin rəsmi yarışlarda qazandığı nəaliyyətlərdən danışıb. O bildirib ki, son 13 ildə "Qara-Qaplan" klubunun idmançıları respublika çempionatlarında liderlik ediblər. Ötən illər ərzində və müxtəlif yaşlar üzrə milli komandaların üzvlərinin böyük əksəriyyəti məhz "Qara-Qaplan" klubunun idmançıları olub. Hazırda bu göstərici davam edir. Digər çıxış edənlər klubun uğrulu tarixini bir daha xatırladaraq, yüksək nəticələrin davam etdirilməsi üçün səylə çalışdıqlarını bildiriblər. 

     25 illik dövr ərzində klubun Ayvazov Vahid, Xudaverdiyev Şahin,  Xudaverdiyev Seymur, Rəhimov Vüsal, İsmayılov Şahin, Mədətov Rüstəm, Mədətov Vüsal, İsmayılov Sadıq, Quliyev İsmayıl, Abdulkərimov Pərviz, Məmmədova Cəmilə, Məmmədov Elçin, Rəşidova Rəşidə, Bəhmənov Samir, Əmirov Cavid, Bəşirova Səidə, Bəşirov Novruz, Kərimov Cavid, Sultanov Namiq, Həsənov Adil, Kərimov Akif, Məmmədov Rafael, Ələkbərov Şaiq,Tağıyev Qurban, Allahverdiyev Anar, Əhmədov Anar, Babayev Taleh, Babayeva Elmira, Babayev Cahanqir, Mehdiyeva Nərgiz, Qurbanlı Asiman, Atamov Şahin, Ağasiyev Ceyhun, Mamayev Ayxan, Mustafayev Ceyhun, Mirzəyev Ağabəy, Qasımova İlahə, Əliyeva Nuranə, Bağırova Tansul, Babayeva Aysel, Teymurova Fidan, Bağırov Rəvan, İsrafilov Vüsal, Sadıqova Mədinə və bir sıra dünya və avropa çempionu, mükafatçılar olmuş tanınmış idmançı və məşqçiləri, hakim və veteranları olduğu qeyd edilib. 

     Çıxışların ardından Y.Bəşirov klubun tarixində seçilən bir çox üzvləri xüsusi hazırlanmış "Qara-Qaplan" xatirə medalı ilə təltif edib, onları fəxri diplomlarla mükafatlandırıb.