Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ad gününüz mübarək cənab prezident!

A+ a-
24 Dekabr 2017 13:50

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz  Prezidentimiz!

 

Sizi – ölkəmizə dünyada böyük nüfuz qazandıran, eyni zamanda Azərbaycan idmanının  tərəqqəsini  yüksək səviyyədə təmin edən möhtərəm dövlət başçımızı  56  yaşınızın tamam olması münasibəti ilə səmimi  qəlbdən təbrik edirik.

Siz hər bir azərbaycanlının qəlbində işıqlı və əbədi xatirə kimi yaşayan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini davam və inkişaf etdirir, ölkəmizi böyük perspektivlərə doğru aparırsınız.

Eyni zamanda idmanın inkişafına göstərdiyiniz böyük diqqət və qayğı ölkədə olimpiya hərəkatının daim genişlənməsinə, idmançılarımızın möhtəşəm qələbələrə imza atmasına, Azərbaycanın dünyada bir idman ölkəsi kimi böyük şöhrət qazanmasına səbəb olub. 

Azərbaycanda uşaqların mənəvi və fiziki inkişafı, onların sağlam ruhda böyüməsi üçün aparılan fəal dövlət siyasəti də Sizin gənc nəslə qayğınızdan irəli gəlir. Bunun nəticəsidir ki, Azərbaycan Milli Karate Federasiyası  yarandığı 21 il ərzində öz fəaliyyət dairəsini daim genişləndirərək yeniyetmə və gənclərin fiziki-mənəvi tərbiyəsində öz töhfəsini verməyə çalışıb.

56 yaşınız münasibəti ilə bir daha Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı və uzun ömür, Vətənimizin inkişafı məqsədilə apardığınız siyasətinizdə yeni-yeni nəailiyyətlər arzulayırıq.

Siz hər zaman biz karateçilərə dəstək olmusunuz, nəaliyyətlərimizə sevinmisiniz. Söz veririk ki, bundan sonra da etimadınızı doğruldacayıq və digər yarışlarla birgə, qarşıdakı Olimpiya Oyunlarında da yüksək nəticə göstərəcəyik.

 

Hörmətlə,

 

          Azərbaycan Milli Karate Federasiyasının
          kollektivi adından                                                     Yaşar Bəşirov