Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə yüksək nəailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim təqdim edib

A+ a-
18 Dekabr 2017 16:23

      Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. 

     Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

     Tədbirdə çıxış edən dövlətimizin başçısı 2017-ci ildə əldə edilən nəaliyyətlərdən fəxrlə danışaraq, ildən-ilə artan nəticələrin sevindirici olduğunu və Azərbaycanın beynəlxalq imicinə daha da müsbət təsir göstərdiyini bildirib.   

     Nitqinin ardından dövlətimizin cənab İlham Əliyev 2017-ci ildə yüksək nəailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə fəxri adlar və mükafatlar təqdim edib. Son illər olduğu kimi bu dəfə də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) məhsuldar fəaliyyəti diqqətdən kənar qalmayıb. Baş məşçinin köməkçisi, əməkdar məşqçi və idman ustası Seymur Hüseynova yeni mənzilin orderi təqdim olunub. 

        Hər zaman göstərilən diqqət və qayğıya görə kollektiv adından ölkə rəhbəri və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirən AMKF-in prezidenti Yaşar Bəşirov, bundan sonra da göstərilən etimadın yüksək səviyyədə doğrulacağını çatdırır.

    Y.Bəşirov federasiyanın uğurlarının əldə olunmasında göstərdiyi böyük dəstəyə görə Gənclər və İdman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə minnətdarlığını ifadə edərək, birgə səylərin gələcəkdə də böyük qələbələr gətirəcəyinə əminliyini bildirir. 

  

Media və İctimaiyyətlə əlaqə xidməti