Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda Uşaqlar, Gənclər və Yeniyetmələr arasında ilk beynəlxalq turnir keçirildi

A+ a-
31 May 2014 16:22

     

 

     Şəkidə Azərbaycan Milli Karate Federasiyası və Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda Uşaqların Beynəlxalq Müdafiə günü, həmçinin Uşaq Cinaytləri və Narkomaniyaya qarşı Uşaqlar, Gənclər və Yeniyetmələr arasında ilk beynəlxalq turniri keçirilib.

     "Sheki Olimpik Hotel & Resort" istirahət kompleksinin ərazisində yerləşən Şəki Olimpiya İdman Kompleksində yarışda müxtəlif regionları təmsil edən yerli idmançılardan başqa 6 ölkənin perspektivli karateçiləri iştirak edib. Beynəlxalq turnirə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Özbəkistandan 300-dən artıq idmançı qatılıb. Fərdi kata və kumite yarışlarında uşaqlar 3 çəki dərəcəsində, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində mübarizə aparıblar.

     Təntənəli açılış mərasimində AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, Şəki şəhərinin rəsmi nümayəndələri çıxış edərək Azərbaycanda idmanın inkişafından danışıb, əvvəlki illərlə müqayisədə regionlarda karatenin daha da kütləviliyinə nail olunduğunu bildiriblər. Federasiya adından karatenin inkişafında xidmətləri olan yerli rəsmilərə və qonaqlara fəxri diplomlar, həmçinin bir neçə milli dərəcəli hakimə 3-cü dərəcə təqdim edilib. Dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə və idmançıların nümunəvi çıxışları ilə davam edib.

   Bakının "Qara Qaplan" idman klubunun yetirmələri ən yüksək nəticə ilə qeyri-komanda hesabında birinci olublar. Fidan Dadaşovaya (Sumqayıt), Kənan Şahmirova (Şəki) və Lazım Allahverdiyevə (Ağcabədi) ABB-nin təsis etdiyi "Əzmkar döyüşçü" mükafatı verilib. Yarış AMKF-in Meida və İctimaiyyətlə əlaqə şöbəsi tərfindən rəsmi saytla canlı yayımlanıb.