Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İcra başçısı karateçimizlə görüşdü

A+ a-
31 May 2017 12:46

     Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, 4-cü  İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan milli komandamızın tanınmış üzvü Asiman Qurbanlı ilə görüşüb. R.Həsənov mötəbər yarışda medal qazanması münasibətilə Zəngilanlı karateçini təbrik edərək, ona idman  karyerasında yeni zəfərlər arzulayıb. 

     Görüşdə həmçinin Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, A.Qurbanlının şəxsi məşqçisi, əməkdar məşqçi və milli hakim Seymur Xudaverdiyev, eləcə də Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə iştirak edib. Söhbət zamanı Zəngilan idmanının tarixi və ənənələrindən, yerli idmançıların qazandığı nəticələrdən danışılıb.

     Ramiz Həsənov ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və olimpiya hərəkatına xüsusi diqqəti sayəsində uğurlarımızın ilbəil artdığını qeyd edib. O, Bakıda ilk Avropa Oyunlarında və 4-cü İslam Həmrəyliyi Oyunlarında azərbaycan idmançılarının əldə etdiyi son tarixi nəticələrin də məhz bu qayğı sayəsində qazanıldığını diqqətə çatdırıb. 

     Görüşün sonunda müəyyən bir çətinlik yaranarsa hər zaman dəstək verməyə hazır olduğunu bildirən R.Həsənov A.Qurbanlıya qiymətli hədiyyə, fəxri diplom və Zəngilana aid yeni kitab nəşrləri bağışlayıb. Federasiyanın rəsmisi S.Məhərrəmov səmimi qəbula görə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısına AMKF-in prezidenti Yaşar Bəşirovun adından minnətdarlıq ifadə edib, ona Dünya Karate Federasiyasının (WKF) 3-cü dan fəxri qara kəmər sertifikatını təqdim edib.