Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər dünya çempionatına yollanır

A+ a-
21 Oktyabr 2016 14:43

Azərbaycan milli komandası dünya çempionatına yollanır. 25-30 oktyabr tarixlərində Avstriyanın Linz şəhərində karateçilərin iki ildən bir keçirilən ən mötəbər yarışında 16 idmançımız iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF)Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə nüfuzlu çempionata yollanan karateçilərimiz həm fərdi, həm də komanda yarışlarda mübarizə aparacaqlar.

Federasiyanın birinci vitse-prezidenti və baş məşqçi vəzifəsini icra edən Rəhman Hətəmov, eləcə də böyük məqşçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov fərdi kumite yarışlarında Firdovsi Fərzəliyevin (-60 kq), Rafiz Həsənovun (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlının, qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanın (+68 kq) heyətə salınmasına üstünlük veriblər.

Kişilərin komanda kumite yarışlarında Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli mübarizə aparacaq. Qadınların komanda yarışlarında isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət heyət çıxış edəcək.

Fərdi kata yarışlarında baş məşqçi Vahid Ayvazov Roman Heydərovla Neda Rezainin çıxış etməsinə qərar verib. Kataçılar komanda yarışlarına qatılmayacaqlar. Para-Karate üzrə dünya çempionatına ilk dəfə ölkəmizi də təmsil olunacaq. 26 öıkədən 72 idmançının qatılacağı fiziki qüsurlu karateçilərin kata çıxışlarında Sahib Əhədov meddallar uğrunda yarışacaq.   

Federasiyanın həkimi Pərvin Əkbərov və fiziki hazırlıq üzrə milli komandanın məşçqisi Oqtay Məmmədovun bildirdiyinə görə idmançıların sağlamlığı yarışa tam hazır vəziyyətdədir. Beynəlxalq hakimlərdən Cahangir Babayev, Yusif Məmmədov, Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva dünya çempionatının referiləri arasında olacaqlar. Onlar həmçinin dərəcələrini yüksəltmək üçün yarışdan əvvəl WKF Hakimlər komitəsinin kurslarında iştirak edərək imtahan verəcəklər. 

Dünya çempionatında 112 ölkədən 1024 karateçi tatmiyə çıxacaq. Karate Olimpiya oyunlarına daxil edildikdən sonra ilk dünya miqyaslı bu yarış tam fərqli formatda keçiriləcək. Çempionatdan operativ məlumatlar və canlı yayımlar, yarışa ezam olunan Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərəmovun təqdimatında federasiyanın rəsmi internet saytı vasitəsliə ictimaiyyətə çatdırılacaq.

Linz şəhərində 23-cü dünya çempionatından əvvəl, 25 oktyabrda WKF-in növbəti Konqresi və İcraiyyə komitəsinin iclası keçiriləcək. Hər iki tədbirdə Tokio 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən karate ilə bağlı geniş müzakirələr aparılacaq, konkret işlərə başlanacaq.

            24 oktyabrda səfərə çıxan karateçilər noybrın 1-də vətənə dönəcəklər. (Son məşq günündən şəkillər "Sputnik Xəbər Agentliyi"nə məxsusdur)

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov