Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Dünya və Avropa Karate Federasiyasının prezidenti ilə görüşüb

A+ a-
02 May 2014 14:05

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyinin və Dünya və Avropa Karate Federasaiyasının (WKF və EKF) prezidenti Antonio Espinosla növbəti görüşü olub. AMKF prezidenti Yaşar Bəşirov və federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə A.Espinosa Bakı 2015 ilk Avropa Oyunlıarı ilə bağlı son hazırlıq işləri ilə bağlı məlumat veriblər. Milli Karate federasiyasının rəsmiləri bildiriblər ki, son aylar baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən diqqətin ötən illərə nisbətən daha da artırılması sayəsində fəaliyyət gücləndirilib, bir sıra işlər həyata keçirilib və bu proses davam etməkdədir.

     Əvvəlki yarlşlar da daxil olmaqla Tamperedəki Avropa çempionatında 2 idmançımızın fərdi kumite, milli komandamızın isə komanda kumite yarışının finala çıxmasını yüksək qiymətləndirən Antonio Espionos, bu nəticəni  Azərbaycanda idmanın və karatenin inkişafında dövlət dəstəyinin bir nümunəsi kimi dəyərləndirib. Dəfələrlə ölkəmizdə səfərdən xoş hisslərlə döndüyünü qeyd edən WKF və EKF prezidenti Bakı 2015 ilk Avropa Oyunlarında Avropa karate ailəsinin də məmnun qalacağına inandığını bildirib.