Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Böyüklər arasında Azərbaycan çempionatı başa çatıb

A+ a-
09 Mart 2014 12:41

"Qaraqaplan" klubunun yetirmələri daha yüksək nəticə göstəriblər

    Kişi və qadınlar arasında karate üzrə 22-ci Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi növbəti ölkə çempionatında bütün titullu idmançılar, o cümlədən müxtəlif bölgələrdən 150-dək karateçi iştirak edib.

    Açılış mərasimində Milli Karate federasiyasının prezidenti Yaşar Bəşirov, l vitse-prezident İlham Qasımzadə və digər naqtiqlər ölkədə karatenin inkişafından və qazanılan uğurlardan danışıb, qarşıda duran hədəflərdən söz açıblar.   

     Yarışın nəticələrini təqdim edirik:

  

Qadınlar

Fərdi kumite

 -50 kq

 1. Nuranə Əliyeva - “Qaraqaplan” İdman klubu

2. Vika Kazımova - “Qaraqaplan” İdman klubu

3. Rübabə Əliyeva - “Qaraqaplan” İdman klubu

3. Aysel Babayeva “Qaraqaplan” İdman klubu

 

-55 kq

1. İlahə Qasımova - “Qaraqaplan” İdman klubu

2. Kəmalə İsmayılova – Mərkəzi Karate Məktəbi

3. Günay Ağayeva - Mərkəzi Karate Məktəbi

3. Tansul Bağırova - “Qaraqaplan” İdman klubu

 

-61 kq

1. Fəridə Abiyeva - “Qaraqaplan” İdman klubu

2. Cəmilə Əliyeva - “Qaraqaplan” İdman klubu

3. Ülviyyə Məmmədova - “Qaraqaplan” İdman klubu

3. Antonina Əhmədova - “Qaraqaplan” İdman klubu

 

Kişilər

Fərdi kata

1.Tural Balcanlı - “Çempion” İdman klubu

2. Musa Musayev - “Çempion” İdman klubu

3. Rafiq Əmirov - “Çempion” İdman klubu

3. Anar Əhmədov - “Çempion” İdman klubu

 

Fərdi kumite

-60 kq

1. Məcid Əmirov - Mərkəzi Karate Məktəbi

2. Musa Səfərov - Mərkəzi Karate Məktəbi

3. Ruslan Süleymanov - “Feniks” İdman klubu

3. Firdovsi Fərzəliyev - “Çempion” İdman klubu

 

-67 kq

1. Niyazi Əliyev - “Qəbələ” İdman klubu

2. Tural Ağalarzadə - Mərkəzi Karate Məktəbi

3. Rafiz Həsənov - “Qəbələ” İdman klubu

3. Üzeyir Alişanov - Mərkəzi Karate Məktəbi

 

-75 kq

1. Rəfael Ağayaev - “Qəbələ” İdman klubu

2. Vüsal Kamallı - Mərkəzi Karate Məktəbi

3. Samir Məmmədov - Mərkəzi Karate Məktəbi

3. Şahmar Qubad - “Qaraqaplan” İdman klubu

 

-84 kq

1. Ayxan Mamayev - “Qaraqaplan” İdman klubu

2. Pənah Abdullayev - “Dostluq” İdman klubu

3. Novruz Əliyev - “Neftçi” İdman klubu

3. Tural Kamallaı - Mərkəzi Karate Məktəbi

 

+84 kq

1. Şahin Atamov - “Qaraqaplan” İdman klubu

2. Asiman Qurbanlı - “Qaraqaplan” İdman klubu

3. Əli Cəfərov - Mərkəzi Karate Məktəbi

3. Orxan Heydərli - “Qəbələ” İdman klubu

 

     Qalib və mükafatçılar Milli Karate Federasiyasının təsis etdiyi medal və diplomlarla mükafatlandırılıb. Yarışda fəal fəliyyətə görə Yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi və beynəlxalq hakim Anar Allahverdiyev, eləcə də beynəlxalq hakim Nərgiz Mehdiyeva Azərbaycan Respublikası Gənc Vətənpərvərlər Birliyinin "Young Patriots Union" Fəxri diplomu ilə təltif edilib.

     Yarış AMKF-un baş sponsoru Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə keçirilib. WKF qaydaları üzrə ABU Arena idman kompleksində növbəti ölkə çempionatı federasiyanın rəsmi vebsəhifəsi ilə canlı yaymlanıb.