Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Baş sponsor Azərbaycan Beynəlxalq Bankı 2 yeni idman zalını karateçilərin istifadəsinə verdi

A+ a-
28 Fevral 2014 12:37

Yeni zallarda hər bir şərait yaradılıb

       Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) 2 böyük idman zalını karateçilərin ixtiyarına verdi. “Şəfa” İdman Sağlamlıq Mərkəzində yeni tikilən bu zallarda milli komandalarımızın təlim-məşqləri üçün hər bir şərait yaradılıb. Zallar fiziki və taktiki hazırlıqlar üçün avadanlıqlarla təchiz edilib.   

     AMKF-in l vitse-prezidenti İlham Qasımzadə idmançıların mərkəzin ərazisində olan stadiondan, üzgüçülük hovuzu və trenajor zalından da təmənnasız istifadə edə biləcəklərini bildirib. Artıq böyüklərdən ibarət milli komandamız yeni zalda məşqlərə başlayıb. Digər zalda isə yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız hazırlıqlar keçəcək. Məşqçilər və hakimlər üçün də xüsusi otaqlar ayrılıb.

     Federasiyanın baş sponsoru ABB, “Şəfa” İdman Sağlamlıq Mərkəzində Milli Karate Federasiyasının yeni ofisini də yaxın zamanlarda istifadəyə verəcək.