Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Baş sponsor Azərbaycan Beynəlxalq Bankı xüsusi mükafat təsis etdi

A+ a-
12 Fevral 2014 12:34

     

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi idman karatesinin inkişafını stimullaşdırmaq üçün bir sıra tədbirlər nəzərdə tutub. Bu tədbirlərin bir hissəsi kimi beynəlxalq turnirlərdə, xüsusilə də rəsmi yarışlarda əzmkarlıq göstərən idmançılara baş sponsor Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Əzmkar döyüşçü “ mükafatı (qiymətli hədiyyə) veriləcək.

     Artıq ilk belə stimullaşdırıcı mükafat Portuqaliyada Yeniyetmə və gənclərin Avropa çempionatının iştirakçılarından ilk yeddiliyə düşən Şölə Həsənovaya (-47 kq) təqdim edilib. 3 döyüş keçirən Ş. Həsənova mükafatçılar arasına düşə bilməsə də rəqiblərinə qarşı xüsusi əzmkarlıqla döyüşüb.

     Baş sponsor ABB qarşıdakı yarışlarda da karateçiləri qələbələrə ruhlandırmaq məqsədilə onların çıxışlarını qiymətləndirəcək.