Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Avropa çempionatından 2 medalla dönürlər

A+ a-
02 Fevral 2014 12:22

     

     Fevralın 9-da Portuqaliynın paytaxtı Lissabonda 14-17 yaşlı yeniyetmələr və gənclərin 41-ci, 18-21 yaşadək gənclərinsə 6-cı Avropa çempionatında son yarış günü idmançılarımız, medalların sayını artıra bilmədilər. Bu gün müxtəlif yaş quruplarında komanda kata çıxışları və 18-21 yaşlı gənclər arasında kumite yarışları keçirildi. Qalan 4 idmançımız kumite turnirində mübarizə apardılar, lakin çıxışlarını yüksək nəticəsiz başa vurmalı oldular.

     Fevralın 8-də 16-17 yaşlı gənclərin yarışında Ülvi Qurbanovla (-55 kq) gümüş medala, Hüseyn Əliyevləsə (-61 kq) bürünc mükafat qazanan seçmə komandalarımız bu nəticə ilə kifayətlənməli oldu. Şölə Həsənova (-47 kq) və Fəridə Əliyeva (+59 kq) təsəlliverici görüşlərə qatılsalar da bürünc medallara sahib ola bilmədilər. Hər iki idmançı ilk yeddiliyə, Tural balcanlı (Kata) isə doqquzluğa düşdü.  

      Qeyd edək ki, Lissabonun məhşur “Meo Arena” İdman kompleksində yarışdan gün ərzində idmançılarımızın çıxışları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) vebsəhifəsində onlayn mətnlə, çempionatın bütün görüşləri və mükafatlandırma mərasimləri isə canlı video yayımla təqdim edildi.

      Yarışın axırıncı günü tatamiyə çıxan idmançılarımızın nəticələri aşağıda göstərilir: 

 

18-21 yaçlı gənclər

Kumite

  

Fəridə Abıyeva (+60 kq)

1. Liza Rasmusson (İsveç) – 1:2

 

Tural Ağalarzadə (-68 kq)

1. Suad Tabakoviç (Bosniya və Herseqovina) - qalib T.Ağalarzadə.

2. Burak Uyqur (Türkiyə) - qalib B.Uyqur

 

Şahin Quluzadə (-78 kq)

Yarışa ikinci mərhələdən qatıldı.

1. Matyaz Haysek (Slovakiya) - 6:0

2. Valeri Çobator (Ukrayna) - 0:3

 

Pənah Abdullayev (+78 kq)

1. Savvas Zevlaris (Kipr) - qalib P.Abdullayev

2. Riou Hadison (Fransa) - qalib R.Hadison

          

    Qitə çempionatında AMKF-in prezidenti Yaşar Bəşirov və l vitse-prezident İlham Qasımzadənin rəhbərliyi altında iştirak edən idmançılarımız fevralın 11-də vətənə dönəcəklər.