Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Hakimlərin növbəti seminarı keçirildi

A+ a-
25 Yanvar 2014 12:18

Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib.

     Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib. Seminarda əsas məqsəd kimi 9 mart tarixində böyüklər arasında XXll Azərbaycan çempionatına hakimlərin hazırlığı məsələləri qoyulub. Seminara paytaxt və regionlardan 50-dək müxtəlif dərəcəli hakimlər qatılıb.

     Tədbirin əvvəlində federasiya prezidenti Yaşar Bəşirov, l vitse-prezident İlham Qasımzadə və vitse-prezident Yusif Məmmədov son yeniliklər barədə məlumat verərək qarşıda duran hədəflərdən danışıblar. Regionlarda təbliğat və kütləviliyin artırılması istiqamətində işlərin gücləndirilməsi tapşırığı verilib. Həmçinin hakimlərə illik planlarının federasiyaya təqdim etmələri tapşırılıb.

     AMKF Hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayevin rəhbərliyi ilə hakimlər seminarı bir gün davam edəcək.