Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

21 idmançı - 14 medal

A+ a-
19 Yanvar 2014 12:16

Ukraynada beynəlxalq yarışda əsasən aşağı yaş quruplarında iştirak edən azərbaycan karateçiləri “Kharkov Open” turnirindən 14 medalla qayıdırlar.

     Ukraynada beynəlxalq yarışda əsasən aşağı yaş quruplarında iştirak edən azərbaycan karateçiləri “Kharkov Open” turnirindən 14 medalla qayıdırlar. Xarkovdakı açıq yarışda 14-15 yaşlı yeniyetmələrdən Roman Heydərov (kata) çempion, Fidan Teymurova və Şölə Həsənova (hər ikisi 47 kq), həmçinin İsa Məmmədov (63 kq) üçüncü yerin sahibi olublar.

     16-17 yaşlı gənclərdən Ülvi Qurbanov (55 kq) , Elcan Məmmədrzayev (61 kq) Aytac Əliyeva (53 kq) və Fəridə Əliyeva (+59 kq) yarışın qalibi, Hüseyn Əliyev (61 kq) ilə Vüsal Kamallı (76 kq) gümüş mükafatçı, Fərid Əliyev (+76 kq) və Asiya Məlikova (48 kq) isə bürünc medalçı olublar.

     18-20 yaşlı gənclərdən Rafiq Əmirov (kata) bürünc mükafata, böyüklərdə Şahin Atamov (+84 kq) isə qızıl medala layiq olub.

     Yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev və məşqçi Rənad Əliyevin rəhbərliyilə “Kharkov Open” beynəlxalq turnirində 6 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 14 medal qazanan idmançılarımız 7 ölkə arasında mükafatlara görə birinci yeri tutublar. Xarkovda müxtəlif çəki dərəcələrində açıq turnirdə 400-dən artıq idmançı iştirak edib. Yarışı idarə edənlər arasında isə Azərbaycanı beynəlxalq dərəcəli hakim Vüqar Kərimov təmsil edib. İdmançılarımız Ukraynadan yanvarın 21-də dönəcəklər. Qeyd edək ki, bu turnir fevralın əvvəlində Portuqaliyada gənclərin avropa çempionatına hazırlıq baxımından da əhəmiyyətli idi.