Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

2014-cü ilin ilk beynəlxalq turnirindən 3 bürünc medalla

A+ a-
13 Yanvar 2014 12:01

Azərbaycan karateçiləri "Pars Open"də uğurlu çıxış etdilər

     Azərbaycan karateçiləri 2014-cü ilin ilk beynəlxalq turnirindən 3 bürünc medalla dönürlər. WKF Premyer Liqasının "Paris Open" turnirində Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Niyazi Əliyev (-67 kq) üçüncü yeri tutdular.

     İdmançılarımızdan Nuranə Əliyeva (-50 kq) həlledici döyüşdə bürünc medalı əldən verdi. Kata nümayişində Tural Balcanlı rəqibləri arasında ilk onluğa düşdü. Milli komandamızın digər üzvlərindən Rafiz Həsənov (-67 kq) və Şahin Quluzadənin (-75 kq) medal qazanmaq imkanları daha artıq olsa da son anda rəqibin minimal üstünlüyü idmançılarımızı mübarizədən kənarlaşdırdı. Qeyd edək ki, yarışın ilk günü turnirlə bağlı dərc edilən nəticələrdə yanlışlıq olduğundan Ayxan Mamayevin (-84 kq) çempion olduğunu bildirmişdik. Təşkilatçılar tərəfindən sonrakı düzəlişlər bu məlumatın yanlış olduğunu üzə çıxardı. 

     Beləliklə Azərbaycan ümumi komanda hesabında 22 medal qazanan ölkə arasında 16-cı yeri tutdu. Milli komandamızın lideri Rafael Ağayev (-75 kq) dizindən əməliyyat olunduğundan, Şahin Atamova (- 84 kq) isə məşqçilər istirahət verdiklərindən Premyer Liqanın bu favoritləri "Paris Open"ə qatılmadılar.

     Nəticələr cədvəlinə gəlincə 7 qızıl, 2 gümüş və 5 bürünc medala sahib olan Fransa komanda hesabında birinci yeri, 2 qızıl, həmçinin bir o qədər də gümüş və bürünc medal əldə edən Yaponiya komandası isə ikinci pilləni tutdu. Hərəyə bir qızıl mükafatları olan Belarus, Makedoniya, Macarıstan, Ukrayna və Yunanısatn 3-cü, 7-ci yerləri bölüşdülər. Ümumiyyətlə, Fransanın paytaxtında Premyer Liqanın birinci turnirində 58 ölkədən 770 idmançı iştirak etdi.     

     Karateçilərimiz yanvarın 14-də vətənə dönəcəklər.