Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xorvatiyada medal sayı ona çatdı

A+ a-
20 Mart 2022 11:01

     Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirinin 2-ci yarış günü karateçilərimiz üçün çox məhsuldar keçib.

     

     16-17 və 18-21 yaşadək gənclərdən ibarət milli komandamızın üzvləri daha 9 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, beşi isə bürüncdür. 

 

     21 yaşadək gənclər arasında Hüseyn Məmmədli (-67 kq), Fərid Ağayev (-75 kq) və Dadaş Abbasov (-84 kq) Qran Pri turninin qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (-67 kq) ikinci yeri, Namiq Quliyev (84+ kq), Xumar Əlibəyova (-50 kq) və Ayla Rzazadə (-61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi -55 kq) üçüncü pilləni tutub. 

 

     Qran Pri turnirində 10 medal qazanan idmançılarımız bazar günü mükafatların sayını artırmaq üçün mübarizə aparacaq. Nüfuzlu yarışda 33 ölkədən 1769 idmançı iştirak edir.  

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov