Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Xorvatiyaya yola düşüb

A+ a-
16 Mart 2022 15:04

     Yeniyetmə və gənclər milli komandalarının bir sıra üzvü 18-20 Mart tarixlərində Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri tunririnə yollanıb. 

 

     16-17 və 18-21 yaşlı gənclərin baş məşçqisi Anar Allahverdiyev, gənclərin böyük məşqçiləri Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə 17 idmançı yer alıb. 

     

     16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (-53 kq), 18-21 yaşlı gənclərdə Elmir Musayev (-60 kq), Hüseyn Məmmmədli və Nuran Rzazadə (-67 kq), Fərid Ağayev (-75 kq), Hüseyn Hüsüynzadə və Abbas Dadaşov (-84 kq), Osman Osmanlı və Namiq Quliyev (84+ kq), Xumar Əlibəyova (-50 kq), Suada Kərimova (-55 kq), Ayla Rzazadə (-61 kq), Zəhra Əliverdiyeva (-68 kq), Fidan Musayeva (68+ kq) kumite yarışlarında, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata çıxışlarında mübarizə aparacaq. 

 

     Milli komanda üzvlərindən əlavə bir sıra klubların idmançıları da Qran Pri turnirində iştirak edəcək. Nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu tunririn referiləri arasında olacaq.

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov