Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

AMKF hakimlərinin növbəti nəzəri seminarı və imtahanı keçirildi

A+ a-
22 Fevral 2014 18:51

 

     Azərbaycan Milli Karate Federasiyasında (AMKF) hakimlərin növbəti seminarı və imtahan keçirilib. AMKF-in Hakimlər komitəsi tərəfindən təşkil edilən nəzəri seminar və imtahanda paytaxt və regionlardan milli dərəcəli hakimlər iştirak ediblər.

     AMKF-in vitse-prezidenti, beynəlxalq hakim Yusif Məmmədov hakimlərə dərəcələri artırmaq mərhələləri barədə məlumat verib. O bildirib ki, dərəcəsi olmayan hakimlər 3-cü dərəcədən başlayaraq 1-ci dərəcəyədək yüksəlməli, hər bir dərəcəyə yiyələnmək üçün 6 aydan 1 il ərzində hazırlıq keçərək nəzəri və praktiki imtahan verməlidirlər. Respublika dərəcəsi almaq üçünsə hakimlər həm kata, həm də kumitedən imtahan verməli və 2-3 il ərzində dərəcələrini yarışlarda təsdiqləməlidirlər.

     Sonra federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev rəhbərliyi və AMKF-in  7 beynəlxalq dərəcəli hakiminin i ilə imtahan keçirilib. Müxtəlif dərəcəli hakimlər 220 sualdan seçilmiş 60 müxtəlif suala cavab veriblər. Hər bir sualın cavabına 30 saniyə vaxt verilib. Nəzəri imtahandan uğurla çıxan AMKF hakimlərini qarşıda praktiki imtahan gözləyir. Hakimlər komitəsi praktiki imtahanın martın 9-da böyüklərin respublika çempionatında bilavasitə yarış zamanı keçirməyi nəzərdə tutub.

     Qeyd edək ki, beynəlxalq dərəcə almaq üçün respublika dərəcəli hakimlər əvvəlcə federasiyanın hakimlər komitəsi qarşısında beynəlxalq tələblərə cavab verməli, onlardan yüksək nəticə göstərənlər isə Avropa Karate Federasiyasının hakimlər komitəsinə imtahan verməlidilər.