Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Beynəlxalq karate seminarı keçirilib

A+ a-
14 Mart 2022 13:44

     Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında müxtəlif yaşlı qızların iştirakı ilə beynəlxalq karate seminarı keçirilib. 

 

     Qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə seminara 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclər, eləcə də böyüklərdən ibarət heyət və Çexiya və Yunanıstandan idmançılar qatılıb. 16-17 və 18-21 yaşlı gənclərdə qadınların böyük məşqçisi Seymur Xudaverdiyev seminarda asistentlik edib.

 

     Son respublika çempionatının mükafatçıları da seminara qatılmaqla 1 həftə davam edən xüsusi təlimlərdə tanınmış məşqçilərin təcrübəsindən yararlanıb. Federasiya prezidenti Yaşar Bəşirov seminar iştirakçıları ilə görüşdə milli komandalar və perspektivli idmançılar üçün belə təlim-məşqlərin mütəmadi təşkil ediləcəyini bildirib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov