Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

3 karateçimiz Dünya Oyunlarında

A+ a-
12 Mart 2022 10:38

     Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq. Dünya Karate Federasiyası (WKF) İrina Zaretskanın (-68 kq), Asiman Qurbanlı (84+ kg) və Roman Heydərlinin (kata) Dünya Oyunlarına qatılacağını təsdiqləyib. 

 

     Nüfuzlu multi-idman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində qarşıdakı Dünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək. 

 

     İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov