Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

WSF Azərbaycan nümayəndəliyinin iclası keçirilib

A+ a-
11 Mart 2022 09:26

Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib. 

İclasda WSF-nin prezidenti Yaşar Bəşirov, beynəlxalq təşkilatın Azərbaycanda rəsmi təmsilçisi Rənad Əliyev və region nümayəndələri iştirak edib. Federasiya prezidenti ötən həftə WSF-nin Azərbaycanda ilk seminarının təşkil edildiyini nəzərə çatdıraraq, perspektivli idmançıların karyerasına müsbət təsir edən belə tədbirlərin iki aydan bir keçirləcəyini bildirib. 

R.Əliyev isə WSF Azərbaycan nümayəndəliyinin qarşıdakı iş planından danışıb. İclasda o da bildirilib ki, geosiyasi vəziyyət nəzərə alınaraq Bolqarıstanın Albena Kranevo şəhərində WSF-nin 12-ci Avropa çempionatı Aprel ayından 20-22 May tarixlərinə keçirilib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov