Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya Şotokan Federasiyasının seminarı keçirilib

A+ a-
09 Mart 2022 11:03

Dünya Şotokan Federasiyası (WSF) Azərbaycanda seminar təşkil edib.

WSF-nin prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə karate seminarını təşkilatın Azərbaycan nümayəndəsi Rənad Əliyev və tanınmış təlimatçı Vahid Ayvazov idarə edib. "Qara Qaplan" klubunun baş məşqçisi Şahin Xudaverdiyev və "Arpaçay" klubunun rəhbəri Yavər Hüseynov seminarda asistent kimi iştirak edib. 

İki hissədən ibarət şotokan seminara müxtəlif klublardan idmançı və məşqçilər qatılıb. Təcrübəli məşqçi V.Ayvazov seminar iştirakçılarına kata və kumite texnikasını, həmçinin taktiki gedişlər barədə ətraflı məlumat verib. Tədbirin sonunda karateçilərə sertifikatlar təqdim olunub. 

Y.Bəşirov qarşıdakı aylarda idmançılarımız üçün WSF-nin seminarlarının davam edəcəyini söyləyib. O həmçinin bildirib ki, belə tədbirlər beynəlxalq təşkilata üzv olan digər ölkələrdə də keçiriləcək.    

Qeyd edək ki, 15-17 Aprel tarixlərində Bolqarıstanın Albena Kranevo şəhərində 12-ci Avropa Şotokan Çempionatı keçiriləcək. Karateçillərimiz nüfuzlu yarışda iştirak edəcəklər. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov