Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Bakıda idman festivalı keçirilib

A+ a-
05 Mart 2022 19:53

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman Həftəsi”nə bu gün yekun vurulub. Heydər Əliyev Mərkəzinin qarşısında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və federasiyaların idman festivalı keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev də iştirak ediblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov tədbirdə təşkilatı təmsil edib. Federasiyanın bir qrup idmançısı fetsivalda nümunəvi çıxış nümayiş etdirib. 

İdmançılarla görüşən nazir Fərid Qayıbov onları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.