Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Premyer Liqanın nəticələri müzakirə edilib

A+ a-
24 Fevral 2022 11:38

     Azərbaycan Milli Karate Federasiyasında ötən həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində Karate1 Premyer Liqa turnirinin yekunlarına həsr olunan iclas keçirilib. 

     Federasiyanın prezidenti Yaşar Bəşirov yarışda qızıl, gümüş və bürünc medallar qazanılmasını mövsümün uğurlu startı adlandırıb. O qeyd edib ki, bu nüfuzlu turnirdə 7 idmançı ilə iştirak etsək də, onlardan beş nəfəri medallar uğrunda həlledici görüşlərdə mübarizə aparıb. Y.Bəşirov Dünya Karate Federasiyasının ((WKF) rəsmiləri tərəfindən beynəlxalq hakimlərimizin işləri barədə xoş sözlər söyləndiyini diqqətə çatdırıb.  

     Milli komandaların baş məşqçiləri Vahid Ayvazov (kata), Qurban Tağıyev (kumite kişilər) və Denis Morozov (kumite qadınlar) idmançıların çıxışları ilə bağlı fikirlərini söyləyiblər. Onlar həmçinin qarşıdakı yarışlar və təlim-məşq toplantıları barədə müzakirələr aparıblar. Turnirin gümüş mükafatçısı Tural Ağalarzadə (-67 kq) idmançılar adından federasiya rəhbərliyinə minnətdarlığını bildirib. 

     Xatırladaq ki, 18-20 Fevral tarixlərində mötəbər Karate1 Premyer Liqa turnirinin ilk mərhələsində İrina Zaretska (-68 kq) yarışın qalibi olub. Tural Ağalaradə (-67 kq) gümüş medala sahib olub. Turqut Həsənov isə (-84 kq) bürünc medal qazanıb. Daha iki karateçimiz - Roman Heydərov (kata) və Pənah Abdullayev (-84 kq) isə bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib. Asiman Qurbanlı (84+ kq) yarışqabağı zədələndiyindən turnirə qatıla bilməyib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.