Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa Karate Federasiyası İcraiyyə komitəsinin videokonfrans yığıncağı olub

A+ a-
18 Yanvar 2022 14:01

     Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi növbəti videokonfrans yığıncağında 2022-ci ilin təqvim planına dəyişikliklər etməklə hazırkı durumla bağlı yarışların tarixlərini təsdiqləyib.  

     EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə onlayn iclasın gündəliyində duran əsas məsələ - Türkiyənin Qaziəntəp şəhərində böyüklərin Avropa çempionatının vaxtının 25-29 May tarixlərinə dəyişdirildiyi bildirilib. Müzakirəyə çıxarılan məsələ ilə bağlı EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov da fikirlərini söyləyib. 

     Bundan başqa İcraiyyə komitəsinin üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Sevindirici haldır ki, EKF-in 2022-ci il yarış təqvim planına daxil edilən 20 müxtəlif səviyyəli turnir arasında Uşaqlar arasında Olimpiya ümidləri beynəlxalq turniri də var. 8-12 yaşlı uşaqların iştitakı ilə 27-28 Avqust tarixlərinə nəzərdə tutulan beynəlxalq turnir ilk dəfədir ki, EKF-in rəsmi təqviminə salınır.

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov