Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Sumqayıtda məşqçi və hakimlərlə görüş keçirilib

A+ a-
08 Yanvar 2022 15:01

     Azərbaycan Milli Karate Federasiyası AMKF regionlarla iş planına uyğun olaraq yeni mövsümdə işlərə başlayıb. Sumqayit şəhərində AMKF prezidenti Yaşar Bəşirov və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgun Hümbətovun istraki ilə Sumqayıtda karatenin daha da inkşafina həsr edilmiş görüş kecirilib. 

     

     Yerli məşqçi və hakimlərin iştirakı ilə görüşdə 2021 ci ilin hesabatı nəzərə çatdırılıb, qarşıdakı planlar və mövcud problemlər haqqinda məlumat verilib. Sumqayit Gənclər və İdman Baş İdarəsini rəisi E.Hümbətov Azərbaycan karateçilərinin uğurularında Sumqayıt idmançılarının xüsusi yeri olmasından məmnunluğunu ifadə edib. O, perspektivli idmançılara hər zaman dəstək verməyə hazır olduqlarını bildirib. 

     

     AMKF-in rəhbəri Yaşar Bəsirov dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti Cənab İlham Əliyevin idmana qayğısı və diqqəti sayəsində böyük nəticələr əldə olunduğunu qeyd edib. O, dövlət tərəfindən müxtəlif fəxri ad və mükafatlar, eləcə də də həm dövlət, həm də hami təşkilatlar tərəfindən həvəsləndirici pul mükafatlarının verilməsinin idmançı və məşqçilərdə böyük ruh yüksəkliyi yaratmasını və gələcək yarışlarda daha məhsuldar və məsuliyyətli çıxışlarına səbəb olduğunu deyib.

     

     Federasiya prezidenti onu da bildirib ki, bəzi idmançı və məşqçilərin müxtəlif həvəsləndirici tədbirlər sayəsində kiçik zəif təşkilatlarla işbirliyi olimpiadanın proqramına daxil edilən karate idman növünün parcalanmasına və daxili narazılıqlar yaranmasına səbəb olur. Belə neqativ hallar nəticədə illərlə nail olunan uğurları zəiflədir. 

     

     Görüşdə həmçinin federasiyanin Sumqayit səhər uzrə nümayəndəsi Akif Kərimov Dünya Karate Federasiyasının (WKF) beynəlxalq məşqci və müəllim Sertifikati ilə təltif olundu. O, 2021-ci ilin hesabatını verərkən vurğuladı ki, Sumqayıtda ötən il 18 karateci muxtəlif yaşlarda respubilka cempionatinda böyük nəticələr əldə edərək milli kamandaya dəvət olunub. Avqustda Fillandiyada kecirilən Avropa cempionatinda yeniyetmələr arasında Nihad Kərimzadə qizil, Aysu Əliyeva isə bürünc medal qazanıb. 1-ci MDB oyunlarında digər sumqayıtlı karateçi Osman Osmanlı gümüs medala sahib olub. 

     

     Natiqlər çıxışlarında Sumqayıt karate məktəbinin Seymur Hüseynov, Yusif Cəfərov, Rafael Ağayev, Eldar Quluev, Müsviq Mahmudov, Nərgiz Mehdiyeva, Eldar Əhmədov (para-karate), Murad Hacızadə kimi dünya karatesində öz yeri olan idmançılar yetişdirməsi xatırladıb. Görüşün sonunda A.Kərimov Dünya Karate Federasiyasinin (WKF) beynəlxalq məşqci sertikati ilə təltif olunub. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov