Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya Şotokan Çempionatında uğurla çıxış edənlər mükafatlandırılıb

A+ a-
30 Dekabr 2021 15:19

Azərbaycan Milli Karate Federasiyasında Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin bir sıra üzvü və bu il noyabrın əvvəli İstanbulda 11-ci Dünya Şotokan Çempionatında uğurla çıxış edən idmançı və məşqçilərlə görüş keçirilib.

 

WSF-nin Azərbaycanda rəsmi nümayəndəsi və bu beynəlxalq təşkilatın İdarə heyətinin üzvü Rənad Əliyev İsyanbulda 3 kateqoriya üzrə keçirilən nüfuzlu yarışda 30 ölkədən 1076 idmançı iştirak etdiyini, həmçinin idmançılarımızın qazandığı 29 medalın 8 Noyabr Zəfər gününə həsr edildiyini xatırladıb. O bildirib ki, mükafatlardan on üçü qızıl, altısı gümüş, on ədədi isə bürünc medal olub. 

 

WSF-nin prezidenti və İdarə heytəinin üzvü Yaşar Bəşirov karateçiləri yüksək naliyyətlə bağlı təbrik edərək, ölkədə yüksək potensialı olan karateçilərin yetişməsinin sevindirici hal olduğunu qeyd edib. WSF-nin Azərbaycan nümayəndəliyinin qayğıları lə maraqlanan Y.Bəşirov, dirçəliş dövrünə qədəm qoyan mötəbər təşkilatın yeni ildə bir sıra yarış və tədbirlər planı olduğunu söyləyib. O, 80-dək ölkəni birləşdirən WSF-ni Dünya Karate Federasiyasının (WKF) inkişaf etdiyi səviyyəyə çatdırmağa çalışacaqlarını deyib.   

 

Görüşün sonunda 11-ci Dünya Şotokan Çempionatında fərqlənən idmançı və onların məşqçilərinə hədiyyə və mükafatlar təqdim edilib. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov