Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçiər 2021-ci ili böyük nəticələrlə başa vurdular

A+ a-
27 Dekabr 2021 11:22

     2021-ci il Azərbaycan Milli Karate Federasiyası (AMKF) üçün ən uğurlu illərdən biri olub. 

 

     Milli komandanın üzvləri iştirak etdiyi yarışlarda yüksək nəticələr əldə ediblər. Karateçilərimiz bu il yeniyetmə və gənclər, həmçinin böyüklər Avropa çempionatında, o cümlədən Dünya çempionatında qızıl medalla birgə müxtəlif əyarlı mükafatlara sahib olublar. Para-karateçilər Avropa və Dünya çempionatında medallar qazanıblar.

 

     Olimpiya proqarmına ilk dəfə daxil edilən karate yarışlarında ən yüksək nəticə də istər dünyada, istərsə də ölkədə məhz karateçilərimizə məxsus olub. Olimpiadaya vəsiqə qazanan 3 idmançımızdan ikisi final görüşlərində mübarizə aparıb. Noyabrda Dubayda Dünya çempionatının nəticələrinə əsasən iki idmançımız 2022-ci ildə Dünya Oyunlarına birbaşa vəsiqə qazanıb.

 

     Bu il federasiyanın uğurları sırasına Olimpiadanın karate yarışlarını idarə edən 15 hakim arasında Azərbaycan təmsilçisinin olmasını, rəsmi yarışlarda beynəlxalq hakimlərimizin sayının artmasını və böyüklər seçmə komandasının heyətinin gəncləşdiriməsini də əlavə etmək olar. 

 

     2021-ci ildə müxtəlif yaşlı milli komandaların üzvləri Dünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı Dünya Kuboku, 1-ci MDB Oyunları, iki Avropa və bir Dünya çempionatında iştirak ediblər. Bundan başqa karateçilərimiz Dünya Şotokan Federasiyasının (WSF) Dünya çempionatında böyük nəticələr əldə ediblər. Daha bir uğur isə AMKF-in prezidenti Yaşar Bəşirovun 80-dək ölkənin üzv olduğu WSF-yə prezident seçilməsi olub. 

 

     Nəticələrə gəlincə, 2021-ci ildə 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən azərbaycan karateçiləri 319 medal qazanıblar. Mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal var. Daha dolğun məlumat aşağıda qedy edilir:

 

- Yeniyetmələr və Gənclər arasında Avropa çempionatında – 3 qızıl, 1 qümüş,  3 bürünc; 

- Gənclərin Premyer Liqa turnirlərində – 7 qızıl,  5 qümüş, 3 bürünc; 

- Dünya kubokunda – 1 qızıl, 3 qümüş, 2 bürünc; Para Karate  – 1 qızıl; 

- “I MDB Oyunları”nda (U21) – 1 qızıl, 3 qümüş, 5 bürünc;

- Beynəlxalq məktəb idman oyunları (U15) – 1 qızıl, 3 qümüş, 3 bürünc;

- XXXII Yay Olimpiya Oyunlarıda – 2 qümüş;

- Karate1 Premyer Liqa turnirlərində –  2 qümüş, 7 bürünc; 

- Avropa çempionatında – 1 qızıl, 1 qümüş, 1 bürünc; Para Karate  – 1 qızıl, 2 bürünc; 

- Dünya çempionatında – 1 qızıl,  1 bürünc, Para Karate  – 2 bürünc;

- WSF-nin 11-ci Dünya Şotokan çempionatında – 15 qızıl, 9 qümüş, 12 bürünc;

- Digər beynəlxalq yarışlarda – 16 qızıl,  12 qümüş,  12 bürünc; 

 

     Bu nəticələr dövlətimizin diqqət və qayğısı sayəsində getdikcə artmaqdadır. Noyabrda Dubayda Dünya çempionatında qazanılan nəticələrə görə Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər tərəfindən görüşlər karateçilərimizə gələcək yarışlarda böyük uğurlar əldə etmək üçün yüksək stimul verir. 

 

Media və İctimaiyyətlə İşlər katibiu Sənan Məhərrəmov