Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Uşaqlar arasında "Olimpiya ümidləri" turniri keçiriləcək

A+ a-
23 Dekabr 2021 10:09

25-26 Dekabr tarixlərində Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş uşaqlar arasında "Olimpiya  ümidləri" açıq karate birinciliyi keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun zalında keçirilən yarışda 6-13 yaşlı uşaqlar fərdi kata və kumite yarışlarında iştirak edəcək.

 

Şənbə günü 6-9 yaş arası oğlan və qızlar kata çıxışlarında, həmçinin 6 və 7 yaşlı oğlanlar kumitedə öz yaşıdları ilə -20 kq, -23 kq, -28 kq və +28 kq çəki dərəcələrində, qızlar isə -20 kq, -25 kq və +25 kq çəkilərdə mübarizə aparacaq. 8 və 9 yaşlı oğlanlar həmyaşıdları ilə -23 kq, -28 kq, -33 kq, -38 kq və +38 kq, qızlar isə -25 kq, -30 kq, -35 kq və +35 kq çəki dərəcələrində yarışacaq. 

 

Bazar günü 10-11 və 12-13 yaşlı oğlan və qızların kata çıxışları ilə yanaşı, fərdi kumitedə 10-11 yaşlı oğlanlar -30 kq, -35 kq, -40 kq, -45 kq və +45 kq çəkilərdə, qızlar -30 kq, -35 kq, -40 kq və +40 kq çəki dərəcələrində döyüşəcək. 12-13 yaşlı uşaqlardan oğlanlar -40 kq, -45 kq, -50 kq, -55 kq və +5 kq çəkilərdə, qızlar -42 kq, -47 kq və +47 kq çəki dərəcələrində mübarizə aparacaq. 

 

Azərbaycan Milli Karate Federasiyasının təqvim planı üzrə ilin son turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov